Operating Instructions

Birləşmənin sazlaması
Şəbəkəyə qoşulmuş qurğularla televizora nəzarəti sazlayır.
1. Menünu MENU parametri ilə göstərin.
2. Şəbəkə > Birləşmənin sazlaması parametrini seçin və daxil olmaq üçün
OK düyməsini basın.
3. Aşağıdakı elementlərdən birini seçin və daxil olmaq üçün OK düyməsini
basın.
Əsas şəbəkə serveri / Qeydiyyatın tipi / Qurğuların siyahısı
4. Elementi sazlayın və yaddaşa vurmaq üçün OK düyməsini basın.
Əsas şəbəkə serveri
(Qoş. / Sön.)
Televizor proqramını və bu televizorun məzmununu şəbəkə avadanlığı (TV və
s.) ilə bölüşməyə imkan verir.
Bu funksiyanı digər televizor ilə istifadə etmək üçün digər televizorun
media server siyahısından bu televizorun adını seçin və paylaşmaq üçün
kontenti seçin. Həmçinin digər tlevizorun təlimatını oxuyun.
Bu funksiyanı smartfonunuzla istifadə etmək üçün bu televizorun
smartfondakı idarə edilməsi üçün proqramı quraşdırmalısınız.
Dəstək > Tez-tez verilən suallar > Ətraflı məlumat
Əməliyyatlar üçün applikasiiyanın dəstək məlumatlarına istinad edin.
Standart konfiqurasiyanın dəyişdirilməsi məhsulun daha yüksək enerji
istehlakına səbəb ola bilər.
Gözləmə rejimində LED Əsas şəbəkə serveri parametri Qoş. rejiminə
keçdikdə narıncı rəngə çevilir.
Qeydiyyatın tipi
(Avto / Əl ilə)
Ev şəbəkəsində hər bir avadanlıq üçün bu televizora giriş imkanını
məhdudlaşdırmaq üçün növü seçir.
Avto:
Ev şəbəkəsində mövcud olan bütün avadanlıq əlçatandır (maksimum
16 ədəd avadanlıq).
Əl ilə:
Qurğuların siyahısı parametrində hər bir avadanlıq üçün
məhdudiyyətləri sazlayır.
- 176 -