Operating Instructions

Texniki qulluq
Qulluq və təmizlik
Birincisi, ştepseli rozetkadan çıxarın.
Ekran paneli, şkaf, stolüstü
Daimi qayğı:
Çirk və ya barmaq izlərini aradan qaldırmaq üçün yumşaq bir parça
istifadə etməklə ekran paneli, şkaf və ya stolüstünü səliqlə ilə silin.
Çətin gedən çirk üçün:
(1) Əvvəlcə səthdən tozu təmizləyin.
(2) Yumşaq parçanı təmiz su ilə ya da suyuqlaşdırılmış neytral yuyucu
vasitə (1/100 nisbəti ilə) ilə nəmləndirin.
(3) Parçanı düləşdirin. (Xahiş edirik, mayenin televizoru içərisinə girməyə
imkan verməyin, çünki bu məhsulun korlanmasına gətirib çıxara bilər.)
(4) Diqqətlə nəmləndirin və çətin gedən çirki təmizləyin.
(5) Nəhayət, bütün nəmi təmizləyin.
= Diqqət =
Sərt parça istifadə etməyin və ya səthin üzərinə çox bərk basayın, əksinə
bu, səthdə cızıqlara səbəb ola bilər.
Səthləri həşəratlara qarşı vasitə, məhlul, tiner və ya digər uçucu
maddələrlə təmizləməyin. Bu, səthin keyfiyyətini azalda və ya boyanın
soyulmasına səbəb ola bilər.
Asanlıqla zədələndiyinə görə ekran panelinin səthi ilə xüsusi şəkildə
davranmaq lazımdır. Dırnağınızla və ya digər sərt əşyalarla səthi vurmayın
və ya cızmayın.
Çalışın şkaf və stolüstününün rezin və ya PVC maddəsi ilə kontaktı
azaldın. Bu səthin keyfiyyətini azalda bilər.
Şəbəkə ştekeri
Şəbəkə ştekerini quru parça ilə müntəzəm olaraq təmizləyin. Nəm və toz
yanğına və ya elektrik çarpmasına gətirə bilər.
- 320 -