Operating Instructions

Səs parametrləri
1. Menünu MENU parametri ilə göstərin.
2. Səs parametrini seçin və daxil olmaq üçün OK düyməsini basın.
3. Aşağıdakı elementlərdən birini seçin və daxil olmaq üçün OK düyməsini
basın.
Dinamikin seçimi / TV spikeri qurulması / Səsin avtokontrolu / Səsin
korreksiyası. / Səsin təmizliyinin sazlaması / Dialoq yaradılması
4. Elementi sazlayın və yaddaşa vurmaq üçün OK düyməsini basın.
Dinamikin seçimi
(TV / Ev. kinoteatrı)
Televizorun siqnal qəbuledicisinə yönləndirməklə, kinoteatr dinamiklərini bu
televizorun uzaqdan idarəetmə pultu ilə idarə etməyə imkan verir.
TV:
TV dinamiklər aktivdir.
Ev. kinoteatrı:
Səs kinoteatr dinamiklərindən çıxır. Gözləmə rejimində olduqda pleyer
kinoteatrı, Blu-ray Disc kinoteatrı və ya Gücləndirici avtomatik olaraq
işə düşür.
Televizorun dinamiklərinin səsi səssiz rejimindədir. Avadanlıq
söndürüldükdə, TV dinamikləri aktivləşdiriləcək.
Siz Səsin artırılması/azalmasıMUTE prametrindən istifadə edə
bilərəsiniz.
Bu funksiya VIERA Link funksiyasını dəstəkləyən kinoteatr dinamiklərinin
bu TV-yə qoşulduğu zaman mövcuddur.
TV spikeri qurulması
(Televizorun dinamiki / Qulaqlıqlar / Sön.)
Səs ucalığını tənzimləmək üçün səs çıxışını seçir.
Televizorun dinamiklərindən səs Qulaqlıqlar və ya Sön. parametri
seçiləndə sönür.
- 97 -