User manual

Table Of Contents
36
Azərbaycanca
xüsusiyyəti sönülü olmaqla təmizləmə rejimində yüksək
intensivlikdə istifadə edilməlidir.
EasyStart-ı qeyri-aktiv etmək və ya aktivləşdirmək (bax
"Xüsusiyyətləri aktivləşdirmə və ya deaktivləşdirmə").
Fırça başlığını dəyişdirmək üçün xatırladıcı
Philips Sonicare fırça başlığınızın aşınmasını izləyən
BrushSync texnologiyası ilə təchiz edilmişdir.
Qeyd: Bu xüsusiyyət yalnız BrushSync texnologiyası ilə
təchiz edilmiş Philips Sonicare smart fırça başlıqları ilə
işləyir.
1
Yeni ağıllı fırça başlığını ilk dəfə qoşarkən tutacaq sizin
BrushSync texnologiyası ilə təchiz olunmuş Philips
fırça başlığınızın olduğunu tanıyır və fırça başlığının
aşınmasını izləməyə başlayır.
2
Zamanla tətbiq etdiyiniz təzyiqə və diş fırçasının
ümumi istifadə vaxtına əsasən, tutacaq fırça başlığını
dəyişdirmək üçün optimal vaxtı müəyyən etmək
məqsədilə fırça başlığının aşınmasını izləyəcək. Bu
xüsusiyyət sizə dişlərinizin ən yaxşı şəkildə
təmizlənməsi və qulluğu üçün zəmanət verir.
3
Fırça başlığınının dəyişdirilməsi üçün xatırladıcı işığı
sarı rəngdə yandıqda, fırça başlığınızı
dəyişdirməlisiniz.
Bütün smart fırça başlıqlarında fırça başlığını dəyişdirmə
xatırladıcısı aktivləşdirilmiş olur. Fırça başlığını dəyişdirmə
xatırladıcısını qeyri-aktiv etmək üçün "Xüsusiyyətləri
aktivləşdirmə və ya deaktivləşdirmə" bölməsinə baxın.
Xüsusiyyətləri aktivləşdirmə və ya deaktivləşdirmə
Diş fırçanızın aşağıdakı xüsusiyyətlərini aktivləşdirə və ya
deaktivləşdirə bilərsiniz:
- EasyStart
- Fırça başlığını dəyişdirmək üçün xatırladıcı
- Təzyiq sensorunun əks-əlaqəsi
Qeyd: Fırça başlığını dəyişdirmə xatırladıcısını yalnız smart
fırça başlığı tutacağa taxılı olduqda aktivləşdirə və ya
deaktivləşdirə bilərsiniz.