User Instructions

Table Of Contents
0478 111 9841 B - AZ
324
Yığılmış ot qalıqlarını taxta ilə
kənarlaşdırın. Biçən alətin aşağı hissəsini
fırça və su ilə təmizləyin.
Heç vaxt yüksək təzyiqli təmizləyicilərdən
istifadə etməyin və maşını axar suda
(məsələn, bağça şlanqından istifadə
edərək) təmizləməyin.
Güclü təmizləyici vasitələrdən istifadə
etməyin. Onlar, STIHL maşınınızın
təhlükəsiz istismarını zəiflədərək, plastik
və metal hissələri zədələyə bilər.
Yanğın təhlükəsinin qarşısını almaq üçün
soyuq hava hissələrinu, sərinlətmə
alətlərini və hava üfürmə yerini məs. ot,
saman, şibyə, yarpaq və digər yağlardan
təmiz saxlayın.
Texniki baxış işləri:
Yalnız bu istifadə təlimatında göstərilən
texniki baxış işləri icra edilə bilər. Bütün
digər işləri mütəxəssis vasitəçi icra
etməlidir.
Əgər zəruri təcrübəniz və ya köməkçi
avadanlığınız yoxdursa, lütfən, həmişə
mütəxəssis vasitəçi ilə əlaqə saxlayın.
STIHL, texniki baxış və təmir işlərini yalnız
STIHL mütəxəssis vasitəçi tərəfindən
həyata keçirməyinizi tövsiyə edir.
STIHL-in mütəxəssis vasitəçiləri
müntəzəm olaraq təlim kurslarında iştirak
edir və texniki məlumat ilə təmin edilir.
Yalnız STIHL tərəfindən bu maşın üçün
təsdiqlənmiş alətlər, aksesuarlar və ya
qurulmuş cihazlardan, yaxud texniki
cəhətdən eyni hissələrdən istifadə edin.
Əks halda, fərdi xəsarət və ya maşının
zədələnməsi ilə nəticələnən qəzalar
təhlükəsi yarana bilər. Əgər hər hansısa
bir suallarınız varsa, lütfən, mütəxəssis
vasitəçi ilə məsləhətləşin.
Orijinal STIHL alətləri, aksesuarlar və
ehtiyat hissələrinin xarakteristikası ən
yaxşı şəkildə maşın və istifadəçinin
tələblərinə uyğunlaşdırılıb. Əsl STIHL
ehtiyat hissələri STIHL ehtiyat hissələrinin
nömrəsinə, STIHL yazısına və əgər varsa,
STIHL ehtiyat hissələri simvoluna görə
tanına bilər. Kiçik hissələrdə yalnız simvol
ola bilər.
Təhlükəsizlik tədbirləri üçün yanacaq
daşıyıcı komponentlər (yanacaq borusu,
yanacaq kranı, yanacaq çəni, çən qapağı,
keçidlər və s.) müntəzəm olaraq korlanma
və sızıntıya qarşı yoxlanılmalıdır və lazım
olduqda bir mütəxəssis tərəfindən
dəyişdirilməlidir (STIHL öz distribütorunu
təklif edir).
Xəbərdarlıq və məlumat yapışqanlarını
həmişə təmiz və oxunaqlı saxlayın.
Zədələnmiş və ya itmiş yapışqanlar STIHL
mütəxəssis vasitəçisindən yeni, orijinal
lövhələr ilə dəyişdirilməlidir. Əgər
komponent yeni komponent ilə əvəz
edilibsə, yeni komponentin eyni
yapışqanlar ilə təmin edildiyindən əmin
olun.
Kəsici hissələrdə işləri qalın iş əlcəkləri ilə
və ehtiyatla yerinə yetirin.
Cihazı təhlükəsiz vəziyyətə gətirmək üçün
bütün qayka, bolt və vintləri, xüsusilə də
bıçaq vintlərini bərkidin.
Cihazı və ot toplayan səbəti xüsusilə
anbarda saxlamamışdan əvvəl (məs. qış
fasiləsindən əvvəl) yeyilmə və zədələrə
qarşı yoxlayın. Təhlükəsizlik səbəbindən
yeyilmiş və ya zədələnmiş hissəsləri
dərhal dəyişin ki, cihaz hər zaman
təhlükəsiz şəkildə işləyə bilsin.
Motorun ilkin parametrlərini heç bir vaxt
dəyişməyin və onu fırlatmayın.
Texniki baxış üçün hissələr və ya
qoruyucu alətlər kənarlaşdırıldıqda onlar
müvafiq şəkildə və qaydalara əsasən
yenidən qurulmalıdırlar.
4.8 Uzun fasilələr zamanı anbarlama
Cihazı qapalı yerdə saxlamamışdan əvvəl
motorun soyumasını gözləyin.
Boşaldılmış çənə malik cihazı və maye
ehtiyatını bağlanan və yaxşı
havalandırılan otaqda saxlayın.
Cihazın yersiz istifadədən (məs. uşaqlar
tərəfindən) qorunduğuna əmin olun.
Heç bir vaxt binanın daxilində içində
benzin olan cihazı saxlamayın. Yaranan
benzin buxarı açıq alov və ya qığılcımla
əlaqəyə girə və yana bilər.
Çən qış fasiləsindən əvvəl boşaldılmalı
olduqda, sərbəst bir yerdə bu yerinə
yetirilməlidir (məs. boşuna işlətməklə).
Cihazı anbarda saxlamamışdan əvvəl
(məs. qış fasiləsində) tam təmizləyin.
Cihazı şamı çölə dartılmış şəkildə anbarda
saxlayın.
Cihazı müvafiq şəkildə saxlayın.
Cihazı örtməmişdən əvvəl onun tam
soyumasına imkan verin.
Cihazı düz bir səthin üzərində elə qoyun ki
nəzarətsiz olduqda istəmədən hərəkət edə
bilməsin.
4.9 Tullantının emalı
İstifadə olunmuş neft və ya yanacaq,
sürtkü yağları, filtrlər, batareyalar və
bənzər aşınma hissələri kimi tullantı
məhsulları insanlara, heyvanlara və ətraf
mühitə zərər verə bilər və buna görə
düzgün şəkildə xaric olunmalıdır.
Tullantı məhsullarının düzgün şəkildə
necə xaric olunmasına dair məlumat
almaq üçün Təkrar Emal mərkəzinizə və